BAKI TURİZM EKSKURSİYA
  Çoban Bulağı
 


Bu ərazini daha da gözəlləşdirən onun Xəzər dənizinin sahilində yerləşməsidir. Belə ki, "çoban bulaq"dan Xəzərin sahilinə 15 dəq - lik yol var. çimərliyə getmək arzusunda olanlar avtobus vasitəsilə çimərliyə çatdırılır.
"Çoban Bulaq" başqa istirahət guşələrindən öz orijinallığı, möhtəşəmliyi ilə seçilir. Burada insanların istirahətini çox rahat, yüksək səviyyədə təmin edən hər cür şərait vardır. 
Həyətə xüsusi yaraşıq verən 1000 m³ sahəsi olan hovuz beşqat təmizləmə üsulu ilə saxlanılır.
İdman meydançaları, o cümlədən uşaqlar üçün əyləncə meydançaları gözəl istirahətə xüsusi təminat verir. 
Burada qonaqlar üçün gözəl şəraitli mehmanxanalar, bir ailə üçün nəzərdə tutulmuş xüsusi koteclər vardır. Otaqlardakı avadanlıqların hamısı müasir standartlara cavab verir.
Milli və Avropa mətbəxini özündə birləşdirən zəngin menyunun dadı bu istirahət mərkəzinə təşrif buyuran hər kəsin uzun müddət damağında qalır.
Bundan başqa, burada yüksək internet xətti vardır. 
Eyni zamanda, peyk antenalarının köməyilə insanlar dünyanın müxtəlif kanallarını izləmək imkanı əldə etmiş olurlar. 
çoban bulaq istirahət kompleksi istirahət etmək istəyən hər bir zövqlü insana öz səviyyəli xidmətlərini göstərməyə hazırdır.




 
  Bugün 3 visitors (71 hits) kişi burdaydı!  
 
Bu web sitesi ücretsiz olarak Bedava-Sitem.com ile oluşturulmuştur. Siz de kendi web sitenizi kurmak ister misiniz?
Ücretsiz kaydol