BAKI TURİZM EKSKURSİYA
  AB Qala Hotel
 
     





       AB Qala" oteli Azərbaycanın cənub subtropik zonasının ən böyük şəhəri Lənkəranda yerləşir. Otel bir nəfərlik, iki nəfərlik və lüks sinif otaqların da daxil olduğu 56 nömrədən ibarətdir. Otelin daxili dizaynı və nömrələr, onun "təbiət qoynunda şəhər rahatlığı" konsepsiyasını tamamlayır. "AB Qala" otelinin bütün nömrələrində çoxkanallı kabel televiziyası, kondisioner, mini-bar və bir çox başqa şeylər var.
     Otel təkcə müasir dizaynı ilə deyil, həm də xidmətin yüksək səviyyəsi ilə seçilir. Otelin avropa standartlarına cavab verən xidmətləri və infrastrukturu onu ilin istənilən fəsli qonaqların dincəlməsi üçün rahat edir.
    "AB Qala" şəhərin mərkəzində yerləşir, lakin otelin qonaqlarını dənizkənarından, mənzərəli göldən, iti axan dağ çayından və ya meşə massivindən cəmi bir neçə dəqiqə ayırır - hər şey sizin hansı məkanı seçəcəyinizdən asılıdır.

      Otel eyni zamanda 120-ə yaxın adamı qəbul etmək iqtidarındadır. Onun 56 nömrəsi müxtəlif sinifli 6 qrupa bölünür: "Single", "Double", "Twin", "Triple", "Senior suite", "Executive suite":

 
Single 17
Double 21
Twin 10
Triple 1
Senior Suite 6
Executive Suite 1

 







 
  Bugün 3 visitors (59 hits) kişi burdaydı!  
 
Bu web sitesi ücretsiz olarak Bedava-Sitem.com ile oluşturulmuştur. Siz de kendi web sitenizi kurmak ister misiniz?
Ücretsiz kaydol