Eden Park Otel
Böyük Qafqazın göz oxşayan təbiəti, oksigeni bol olan, soyuq bulaq suları və sıx meşələri ilə bəzənən dağ ətəyində yerləşir. Otel Qax rayonunun İlisu adı ilə məhşur olan kurort zonasında yenicə inşa edilmişdir. Qax dəmiryol stansiyasından 20 km, Qax şəhərindən 7 km məsafədə yerləşir. Otelimiz fəaliyyətə başladığı gündən etibarən insanlara öz evlərindəki ragatlığı yaşatması və cənnətdə olmuş kimi bir gözəllik duyğusu bəxş etməsi üçün çalışır.
YAŞAYIŞ BİNASI: Əla təmir olunmuş 12 mənzili olan bina və 4 mənzili olan bitişik kottecdən ibarətdir. Hamam otağı - duş tualeti; bütün hama və tualet ləvazimatlari.
OTAQ: Tv, sputnik, əla mebel, bir və iki nəfərlik yataq.
XİDMƏT: Qonaqların dəmiryol stansiyasından qarşılanması və yola salınması. 24 saat xidmət.
RESTORAN - BAR: Həzin musiqi, təmiz dağ havası, şəffaf bulaq suları, milli yeməklər, növbə-növ milli və xarici salatlar.
ƏYLƏNCƏ: Bilyard, tennis, voleybol, yelləncək, atla çay kənarı gəzinti.
GƏZİNTİ: Samuq qala, İlisu kəndi, Bucaq məhəllə, Ramramay şəlaləsi, Həsən xan qalası (XVIII-XIX əsrlər, Qaxbaş kəndi), Qalaça (XIX əsr.İlisu kəndi. Yezli (Yazlıq) dağının üstündə).
|