BAKI-QUSAR-QUBA-XAÇMAZ-BAKI
Ekskursiyanın müddəti: 3 gün. (avtobusla)
Turun proqramı:
I gün
8:00 Bakıdan çıxış
9:30 “Xıdır Zində” pirində (Beşbarmaq dağı) qısa müddətli istirahət
11:00 Qusarın “Qayı bulaq” istirahət mərkəzində yerləşmə
13:00 Nahar
14:00 İstirahət və ətraf ərazi ilə tanışlıq
15:00 Qusar şəhərində gəzinti və Qusar Tarix-Diyarşünaslıq muzeyinə ekskursiya
16:30 Qusarın Həzrə kəndində Şah İsmayılın babası Şeyx Cüneydin məqbərəsinin ziyarəti
(hava şəraitindən asılı olaraq)
18:00 İstirahət mərkəzinə qayıdış və asudə vaxt
19:00 Şam yeməyi
21:00 Çay süfrəsi və musiqili gecə
II gün
9:00 Səhər yeməyi
10:00 “Şahdağ yay-qış İstirahət kompleksinə gediş
11:00 “Şahdağ” Kompleksində gəzinti, ümumi tanışlıq. Kanatla gəzinti. Xizək sürmə--turistlərin hesabına ola bilər
13:00 “Qayı bulaq” istirahət mərkəzinə qayıdış
14:00 Nahar fasiləsi
15:00 Quba şəhərinə ekskursiya. Quba Tarix-Diyarşünaslıq Muzeyi, Kütləvi məzarlıq.
18-00 İstirahət mərkəzinə qayıdış
19-00 Şam yeməyi
21-00 Çay süfrəsi və musiqi
III gün
9:00 Səhər yeməyi
10:00 Xaçmaz şəhərinə ekskursiya. Xaçmaz xalça muzeyi, Şəxsiyyətlər muzeyi.
13:30 Xaçmaz şəhərində nahar
14:30 Bakıya yola düşmək
15:00 Yolda istirahət və bazarlıq
18:00 Bakıya çatmaq
Turun qiymətinə (100 man.) daxildir:
· Nəqliyyat xidməti (“İsizu” markalı avtobus -30 yerlik)
· İstirahət mərkəzində yaşamaq və qidalanma
· Ekskursiya xidməti, muzeylərə giriş biletləri
· “Şahdağ” kompleksində gəzinti
· Xaçmazda nahar
Qiymət = 100 manat (1 nəfər üçün).
Qeyd: Qrup təşkil edən şəxs pul ödəmir.
|