BAKI TURİZM EKSKURSİYA
  Relax
 

R E L A X

    Lerik rayonu Azərbaycanın ən rəngarəng, füsunkar təbiətli guşələrindən biridir.Azərbaycanın cənub-şərq hissəsini əhatə edən, Şərqdən Xəzər, Qərbdən canlı muzeyi xatırladan sıra dağlarla, meşələrlə, Bərəkətli Muğar torpağı ilə, Cənubdan isə İranla həmsərhəd olan bu yerlərin gözəlliyindən göz doymur. Əzəmətli Talış dağlarına hündürlüyü Dəniz səviyyəsindən 2504 m olan Quludaş, Kömür göy (2492 m), Qız yurdu (2433 m), xüsusi gözəllik verir. Bu yerlərin doğal, tər-təmizşəffaf suyu, bulaqları, şəlaləri, çayları bənzərsizdir.Sors çay, Zuvand çay, Lerik çay, Bilnə çay, Ləkər çay, Vazaru çay bu yerlərə xüsusi yaraşıq verir və təbiəti daha da gözəlləşdirir. Rayon coğrafi mövqeyinə və relyefinə görə 5 iqlimə malikdir. Uzunömürlülər diyarı kimi tanınan rayonun təbiəti belədir. Bu bölgələrin mətbəx mədəniyyəti qədimdir, zəngindir. Talış mətbəxi öz zənginliyi ilə digər regionların mətbəxindən fərqlənir. Bu fikri bu diyara qonaq gəlmiş və bu diyarın dadlı, ləziz yeməklərini dadmış hər bir şəxs təsdiqləyər. Siz bu bölgədə tam dəyişik bir həyat yaşamağa dəvət edirik!!!
     " Relax " turizm istirahət mərkəzi Lənkəran Lerik yolunun 34-cü kilometrində əsrarəngiz təbiəti olan bir məkanda yerləşir. İstirahət mərkəzi ilin bütün fəsillərində yerli və xarici turistlərə xidmət göstərir. Mərkəz 65 ailəvi istirahət üçün nəzərdə tutulmuş kotteclərdən, 3 mərtəbəli, 35 bir otaqlı və 15 iki otaqlı mənzili olan oteldən ibarətdir. Mərkəzdə həmçinin 500 nəfərlik restoran-zal mövcuddur.
     Burada irimiqyaslı tədbirlər. şənliklər. treninqlər, konfranslar keçirmək üçün hər cür şərait var. "Relax"da yaradılan şou-konsert mərkəzi, rəqs meydançası, uşaqlar ümün əyləncə yerləri turistlərin mənalı istirahəti üçün əvəzsiz bir imkandır. Katamaran və qayıqlarda həzin nəğməli dağ çayında gəzinti, balıq ovu, eləcə də, Şərq üslubunda hazırlanmış külafirəngidə təklif olunan çay və qəlyan burada xidmətin özünəməxsusluğundan xəbər verir.
     Kino-video zalda regionun özəlliklərini əks etdirən filmlərə, roliklərə baxmaq, "Uzunömürlülər" muzeyi ilə tanış olmaq imkanı da yaradılıb.
     Mərkəzdə təşkil olunan turizm marşrutları və at belində gəzintilər də çox maraqlıdır. Yaradılan Zoopark, hovuz və akvapark hamının marağına səbəb olur. İstəyə uyğun olaraq, ova çıxmaq, ov ovlamaq imkanı da əldə etmək olar.
     Hal-hazırda "Relax" turizm istirahət mərkəzində 350-dən çox nəfərin istirahəti üçün hər çür şərait vardır. Mərkəzin gülərüz, qayğıkeş və zəhmətkeş rəhbər və personal heyəti Sizin istirahətinizin mənalı və unudulmazlığını təmin etmək üçün hər zaman hazırdırlar. 











 
  Bugün 3 visitors (49 hits) kişi burdaydı!  
 
Bu web sitesi ücretsiz olarak Bedava-Sitem.com ile oluşturulmuştur. Siz de kendi web sitenizi kurmak ister misiniz?
Ücretsiz kaydol